Həkim haqqında
Alqoloq, Ağrı Həkimi Vüsal Eyvazov
Daha çox
Xidmətlər
Ağrı Müalicə Mərkəzində aşağıdakı ağrı növləri müalicə olunur
Baş ağrıları və miqrenin müalicəsi
Xroniki baş ağrıları, miqren, kəllə-beyin ağrılarının effektiv şəkildə
Daha çoxÜçlü sinir ağrıları
Trigeminal nevralgiya, üz-sinir nevralgiyası, gicgah və göz nahiyəsində olan ağrıların
Daha çoxBel ağrılarının müalicəsi
Osteoxondroz, beldə yırtıq (disk yırtıqları), sinir sıxışması nəticəsində əmələ gələn bel ağrıların
Daha çoxArtroz, artrit, revmatizm, avaskulyar nekroz səbəbi ilə yaranan oynaq ağrıları
Artroz (oynaq yeyilməsi), artrit, revmatizm, avaskulyar nekroz səbəbindən meydana gələn ağrıların aradan
Daha çoxƏzələ ağrıları
Əl, qol, ayaq və bədənin digər əzələlərində idman və ya başqa səbəblərdən yaranan ağrıların aradan
Daha çoxAzərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru həyata keçirdik
Bel ağrılarının bir çox səbəblərindən biri də disk yırtıqlarıdır. Belə ki, onurğanın degenerativ xəstəlikləri arasında ən çox yayılan da elə məhz el arasında bel və boyun yırtığı kimi bilinən
Daha çoxProsedurlar
Ağrı Müalicə Mərkəzində həyata keçirilən prosedurlar
Diaqnostik blok
Xəstənin ağrılarının qaynaqlandığı yeri müəyyən etmək üçün diqanostik blok həyata keçirilir. Əgər
Daha çoxLomber, Torakal və Servikal faset denervasiyası
Faset oynaqlar onurğanın hərəkətliliyini və elastikliyini təmin edən oynaqlardır. Bu oynaqlar
Daha çoxEpiduroskopiya ilə ağrı müalicəsi
Bel, boyun, kürək ağrılarında istifadə edilən Epiduroskopiya təhlükəsiz, qeyri-cərrahi və effektiv
Daha çoxSanakin proseduru nədir? Oynaq ağrıları üçün sanakin proseduru
Azərbaycanda İlk dəfə Ağrı həkimi- Alqoloq Vüsal Eyvazov tərəfinən həyata keçirilən və dünya
Daha çoxDisk yırtıqlarının (qrijanın) L-disk proseduru ilə əməliyyatsız aradan qaldırılması
Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru
Daha çoxMiqren ağrıları üçün GON bloku
GON (oksipital blok) bloku başın ağrı yayan sinirlərini anestezik preparatlar və Radiofrekans aləti
Daha çox24/7 xidmətinizdəyik
Ağrılarınız barədə suallarınızı verə bilərsiniz
Fikirlər
Prosedur sonrası pasiyentlərin fikirləri
Çox verilən suallar
Yerdəki əşyaları dizləri əymədən qaldırmaq, dizləri əymədən ağır əşyaları itələmək və çəkmək, çiyin üstünə yük qaldırmaq və yuxarı doğru uzanmaq, əldə uzun məsafələrə ağır yük daşımaq bel yırtığına səbəb ola bilər.
Ozon terapiya olunmaq üçün hər hansı bir yaş həddi yoxdur
Bəli, idmançılarda yaranan və uzun müddət qalıcı olan ağrı növləri də müalicə olunur. İndiyə kimi bizə bir çox idmançı müxtəlif qalıcı ağrılarla müraciət etmişdir. Müalicə alan hər bir kəs nəticələrdən razı qalmışdır
Bel ağrısı əməliyyatı zamanı narkoz vurulmur. Əməliyyat lokal anestezi altında həyata keçirilir. Əməliyyatdan bir, iki saat sonra xəstə evə buraxılır. Xəstə əməliyyat sonrası yeriyərək özü rahatlıqla evə gedə bilər.
Xərçəng xəstələri üçün sinir blokadaları həyata keçirilir. Blok ediləcək sinirlərə müxtəlif dərmanlar və Radyofrekans Termokoagülasyon yöntəmləri istifadə edilir. Yüksək frekanslı radio dalğaları verilərək ağrının yayılmasına mane olunur. Bu metod uğurlu olmazsa, uzun müddət qalıcı epidural kaketer taxılır və morfin pompası ilə xəstələr uzun müddət ağrılardan azad olur.
Epidural və transforminal inyeksiyalar ən çox fəqərəarası disk yırtığı olan xəstələrə tətbiq edilir. Burada məqsəd başlanğıc mərhələsində olan disk yırtığını , ya da artıq yırtıq olan disk bölgəsindəki şişi aradan qaldırmaq və disk çevrəsindəki yanğı hissini və sinir kökü təyziqini azaltmaqdır. Bu inyeksiyalar tətbiq edilən xəstələrin 90 faizində ağrılar tamamilə yox olur.
Oynaq xəstəliklərinin (artroz, avaskulyar nekroz) müalicəsi üçün həyata keçirdiyimiz Kök hüceyrənin tətbiqi proseduru 18 yaşdan yuxarı hər kəs üzərində icra edilə bilər. Burada məsələ pasiyentin yaşında yox, oynaqlarda yaranmış artroz dərəcəsindədir. Çünki, 4-cü dərəcə artrozlarda müsbət nəticələr əldə etsək də, 2-3-cü dərəcəli artrozların kök hüceyrə yaradılması ilə aradan qaldırılma şansı daha yüksəkdir. Bu səbəbdən müayinələri gecikdirməməli, erkən mərhələlərdə kök hüceyrə üçün müraciət edilməlidir.
Bu prosedur ümumilikdə 90 dəqiqəyədək icra edilir. Daha sonra pasiyent protokollara uyğun olaraq bir neçə saatlıq palatada nəzarətə alınır və elə həmin gün də xüsusi göstərişlər, təlimatlar verilərək evə buraxılır
Bir diz oynağı üçün 6000 AZN, bir bud-çanaq oynağı üçün isə 6500 AZN-dir. Hazırda endirim kampaniyası çərçivəsində hər əlavə oynaq üçün cəmi 1000 AZN ödəniş tələb olunur. Onu da qeyd edək ki, kök hüceyrə proseduru bir dəfə həyata keçirilir və nəticəsi ömürlükdür. Prosedurdan sonra xəstəxanada yatmağa ehtiyac yoxdur. Bu da sizi əlavə xərclərdən azad edir.
Əlbəttə, “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə kosmetoloji məqsədlə kök hüceyrə proseduru da icra edilir. Bu prosedur saç tökülməsinin, yaşlanmanın, dəridə qırışların, dəridə çapıqların qarşısını alır və digər süni kosmetik müdaxilələrdən fərqli olaraq müddətsiz və zərərsiz olur. Çünki, kök hüceyrələr pasiyentlərin piy toxumasından alınan əlavə kimyəvi qatqısız olan təbii canlı orqanizmlərdi
Təəssüf ki, hazırda tibb siğorta ilə xidmət göstərilmir. Bununla bağlı hər hansı bir yenilik olduqda, sosial şəbəkə hesablarımızda məlumat paylaşacağıq.
Yalnız Eyvazov Ağrı və Kök Hüceyrə mərkəzində icra edilən “L-disk” proseduru “qrija” kimi tanınan beldə və boyunda olan fəqərəarası disk yırtıqlarının, protruziyaların əməliyyatsız birdəfəlik aradan qaldırılmasıdır. İstənilən ölçüdə disk yırtıqları əməliyyata göstərişi olsa belə, “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə aradan qaldırılması mümkündür. Prosedur əməliyyatxana şəraitində, yerli keyitmə ilə rentgen altında, perkutal formada həyata keçirilir. Fibrik uclu bir alətlə onurğadan bir başa disk yırtığının içərisinə düşülür, yırtığın çıxdığı nöqtəyə yönələrək onu plazmatik qurğu ilə buxara çevirir və çıxarırıq. Daha sonra yırtığın çıxdığı nöqtəni lazerlə yandıraraq partlamış diskin yırtılmış hissəsini qapayırıq və beləliklə tamamilə əməliyyatsız xəstəni bu problemdən xilas etmiş oluruq. Prosedurdan 3-5 dəqiqə sonra xəstə artıq özünü tam yaxşı hiss edir, xəstəxanada yatmağa ehtiyac olmadan həmin gün, özü heç bir əlavə dəstək olmadan evinə gedə bilir. Xüsusi olaraq onu da vurğulayaq ki, disk yırtıqları səbəbilə açıq əməliyyat olunan xəstələrdə bu yırtıqlar yenidən yarana bilirsə, L-disk prosedurundan sonra bu ehtimal sıfıra enir.
L-disk prosedurunun (əməliyyatsız disk yırtıqlarının aradan qaldırılması) qiyməti bir fəqərəarası disk yırtığında 4500 AZN-dir. Əlavə hər disk yırtığına görə cəmi 1000 AZN ödəniş tələb olunur
Disk yırtıqları səbəbilə açıq əməliyyat olunan xəstələrdə bu yırtıqlar yenidən yarana bilirsə, L-disk prosedurundan sonra bu ehtimal sıfıra enir. Belə ki, Fibrik uclu bir alətlə onurğadan bir başa disk yırtığının içərisinə düşülür, yırtığın çıxdığı nöqtəyə yönələrək onu plazmatik qurğu ilə buxara çevirir və çıxarırıq. Daha sonra yırtığın çıxdığı nöqtəni lazerlə yandıraraq partlamış diskin yırtılmış hissəsini qapayırıq və beləliklə tamamilə əməliyyatsız xəstəni bu problemdən xilas etmiş oluruq
“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi” Bakı Medikal Plazanın Babək filialında yerləşir. Pasiyentlərin ilkin müayinəsi həftənin 3-cü və 5-ci günləri saat 10:00-17:00 aralığında həyata keçirilir. Prosedurlar isə həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək təşkil olunur. Ünvan: Xətai rayonu, Babək prospekti - 92N. Telefon: 077 311-88-66
“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə bütün pasiyentlər əvvəlcədən razılaşdırılmış gün və saatlara uyğun qəbul edilir. Bu səbəbdən də növbədən kənar proseslərə qətiyyən yol verilmir. Müəyyən səbəblərə görə pasiyentlər təyin olunmuş gündə gələ bilmədiklərini bildirdikdə onlar üçün sonrakı tarixdə randevu yaradılır.
Bölgələrdə qəbul günləri tərəfimizdən mütəmadi həyata keçirilsə də, dəqiq tarix ilə bağlı yalnız sosial şəbəkə hesablarımızda paylaşımlar edilir. Bölgələr üzrə təsdiqlənmiş qəbul tarixləri haqqında məlumatı öyrənmək üçün üçün sosial şəbəkə hesablarımızı izləməyi tövsiyyə edirik.
“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”nə olunan müraciətlərin çoxluğu baxımından edilən zənglərə cavablamalar gecikə bilər. Ancaq gələn bütün zənglərə əməkdaşlarımız tərəfindən geridönüş edilir .Əgər əlaqə yarada bilməmisinizsə, sizinlə mütləq əlaqə saxlanılacaq. Bizim üçün hər zəng çox önəmllidir.
Adətən miqrenin ağrılarıının müalicəsinin olmadığı bildirilir. Lakin, Alqoloqgiyada miqren ağrılarının GON bloku ilə aradan tam qaldırılması çoxdan sübut edilib. Bu prosedur ilə, pasiyentlər ağrılardan tamamilə qurtulur. Müalicənin effektivlik göstəricisi 3 ilə qədər davam edir.
Pasiyentlərin ilkin müayinəsi həftənin 3-cü və 5-ci günləri saat 10:00-17:00 aralığında həyata keçirilir. Prosedurlar isə həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək təşkil olunur. “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi” Bakı Medikal Plazanın Babək filialında yerləşir. Ünvan: Xətai rayonu, Babək prospekti - 92N. Telefon: 077 311-88-66 Qəbula öncədən yazılmaq mütləqdir. Çünki, pasiyentlər əvvəlcədən təsdiq olunmuş növbəyə əsasən qəbul edilir.
MRT müayinəsi son bir ilədək, Rentgen müayinəsi isə son 6 ayda həyata keçirilmiş olduqda yenisini əldə etməyə ehtiyac yoxdur. Müayinəyə gələrkən nəticələri gətirə bilərsiniz. Lakin, xəstənin şikayətləri və müayinə prosedurları zamanı diaqnozun dəqiqləşdirilməsi üçün təkrar MRT-yə ehtiyac duyula bilər.
“Üçlü sinir” ağrılarının aradan qaldırılması üçün ilk olaraq diaqnostik test bloku edilir. Daha sonar isə prosedurun qalıcısı olaraq Qasser Qanqlion blokadası həyata keçirilir. Dianqostik test blokunun ödənişi 130 AZN, Qasser Qanqlion blokadasının ödənişi isə 3000AZN-dir.