Prosedurlar
Epiduroskopiya ilə ağrı müalicəsi
Bel, boyun, kürək ağrılarında istifadə edilən Epiduroskopiya təhlükəsiz, qeyri-cərrahi və effektiv bir müalicə üsuludur. Bu üsulla onurğanın istənilən bölgəsinə dərman verilməsi mümkündür.
Epiduroskopiyanın ağrı müalicəsindəki istifadəsinin əsas səbəbi bütün onurğada xroniki ağrıların yaranmasına şərait yaradan onurğa beyni yapışqanlıqlarını aradan götürməsidir. Beləliklə xəstə 15-20 dəqiqə ərzində bu ağrılarından tamamilə azad ola bilir. Onu da qeyd edək ki, Epiduroskopiya əsasən bel və boyunda olan disk yırtığı səbəbi ilə əməliyyat olmuş, ancaq bel, kürək, boyun ağrıları davam edən xəstələrə əməliyyatsız bir formada ağrılarından azad olmaları üçün tətbiq edilir.