Həkim haqqında
Alqoloq, Ağrı Həkimi Vüsal Eyvazov
Tibb elmleri namizədi, alqoloq - ağrı həkimi, doktor Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2000-2005-ci ildə Rusiya Federesiyasının Sankt-Peterburq şəhərində Ordinatura və aspirantura təhsili alaraq ixtisaslaşmış və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildən isə Azərbaycana qayıtmış və Mərkəzi Neftçilər xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən etibarən isə Baku Medical Plazada Anesteziologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda isə Uniklinikanın nəzdində fəaliyyət göstərən Ağrı və Kök Hüceyrə Mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərir. Tibb elimləri namizədi, doktor Vüsal Eyvazov Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakultəsində isə Alqoloji bilim dalında ixtisaslaşmış, Alqoloq - Ağrı həkimi ixtisasına yiyələnmişdir. Alqologiya ilə bağlı bir çox elmi konfranslarda, kurslarda olan Vüsal həkim 2017-ci ildə Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzini yaratmışdır.