Müalicə olunan ağrılar
Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru həyata keçirdik
Bel ağrılarının bir çox səbəblərindən biri də disk yırtıqlarıdır. Belə ki, onurğanın degenerativ xəstəlikləri arasında ən çox yayılan da elə məhz el arasında bel və boyun yırtığı kimi bilinən fəqərələr arası disk yırtığıdır.
Bəs disk yırtıqlarının əlamətləri hansılardır?
- Hərəkət məhdudluğu;
- Baldır əzələlərində qıcolma və kramplar;
- Bir və ya hər iki ayağa yayılan kəskin ağrılar;
- Ayaqlarda uyuşma, keylik, göynəmə,yanma;
- Ağrı ilə bağlı beldə yaranan əyrilik;
- Yeriyərkən, oturub-durarkən məhdudluğun yaranması və.s
Disk yırtığının müayinəsi nəyə əsasən təyin edilir?
İlk öncə həkim tərəfindən aparılan müayinə əsasında, lazım gəldikdə isə MRT (Maqit Rezonans Tomoqrafiya) üsulu ilə fəqərələr arası disk yırtığı təyin edilir. Hansı ki, MRT üsulu ilə disk yırıtğı barədə tam ətraflı məlumat almaq mümkündür.
Disk yırtıqlarının əməliyyatsız müalicəsi var mı?
Əlbəttə ki, disk yırtıqlarının əməliyyatsız müalicəsi mümkündür. Belə ki,müalicə proseduru ikimərhələlidir. Öncəliklə yırtıq səbəbindən sinirdə yaranan ağrını, ödemi, iltihabı, şişkinliyi aradan qaldırmaq üçün Transforaminal Epidural Steroid inyeksiyası yəni TS blokadası proseduru aparılır. İkincili dəstək olan prosedur isə intradiskal ozon inyeksiyası prosedurudur. Hansı ki, bu prosedur qalıcılığı artırmaq və eyni zamanda yırtığa səbəb olmuş diski sağaltmaq və yaranan yırtığı büzüşdürərək geri çəkmək üçün diskin içərisinə ozon inyeksiya etməklə aparılır.
Beləliklə yekun olaraq, Transforaminal epidural steroid inyeksiyası ilə yırtığın səbəb olduğu ağrını sakitləşdirir, İntradiskal ozon inyeksiyası ilə isə yaranan yırtığın sağalması təmin olunur.