Mediada biz
Tanınmış həkim Mingəçevirdə xəstələri müayinə etdi - FOTO
Fevralın 29-da Mingəçevir “Şəfa” Tibbi Diaqnostika Mərkəzində “Ağrı Müalicə Mərkəzi”nin rəhbəri, t.e.n alqoloq-ağrı həkimi Vüsal Eyvazov müxtəlif ağrılardan əziyyət çəkən insanların müayinəsini həyata keçirib.
Medicina.az xəbər verir ki, müayinə prosesində əsasən xroniki baş, bel, boyun, çiyin, əzələ, miqren, oynaq yeyilmələri-artrozdan, xərçəng ağrılarından əziyyət çəkən xəstələr qəbul edilib, müayinə edilərək uyğun müalicə üsulları tətbiq olunub. Müraciət edənlər arasında vəziyyəti nisbətən ağır olanlar isə Baku Medikal Plazada yerləşən “Ağrı Müalicə Mərkəzi”nə dəvət olunublar.
Qeyd edək ki, insanlar tərəfindən müsbət qarşılanan qəbul prosesində ümumilikdə 100-ə yaxın xəstə müayinə edilərək məsləhət və tövsiyyələr verilib.
Onu da bildirək ki, “Ağrı Müalicə Mərkəzi”nin rəhbəri, t.e.n alqoloq-ağrı həkimi Vüsal Eyvazovun müayinələrinin ölkəmizin digər şəhər və rayonlarında da həyata keçirilməsi nəzərdə tutulub.