Ağrı Müalicə Mərkəzi nədir ?
Ağrı Müalicə Mərkəzinə kimlər müracət edə bilər?
Ağrı Müalicə Mərkəzində prosedurlar necə həyata keçirilir ?
Ağrı Müalicə Mərkəzində hansı müalicə metodları var ?
Ağrı Müalicə Mərkəzi nədir ?
Tibbdə ağrı iki qrupa bölünərək incələnir. Birincisi müxtəlif xəstəliklərin xəbərçisi olan kəskin (akut) ağrılardır. Bədəndə olan kəskin ağrılar hansısa xəstəliyin xəbərçisidir. Vücudun siqnal ötürəni olan kəskin ağrılar çox zaman vücudda olan bir toxumanın zərər görməsini xəbərləyir. Bu ağrılar hər hansı bir xəstəliyin olmasını siqnal edir və xəstənin həkimə getməsinin vacibliyini bildirir. Bəzən, əzələ sümük sistemindəki zədəni, bəzən iltihablaşmanın, hətta xərçəng xəstəliyinin belə xəbərçisi ola bilər.
İkinci qrup ağrılar isə xroniki ağrılardır. Xroniki ağrılar 6 aydan (bəzi hallarda 3 aydan) uzun çəkən və artıq akut – kəskin ağrılarda olduğu kimi hər hansı bir xəstəliyin simptomu-siqnalı olmaqdan daha önə keçən ağrılardır. Xroniki ağrı xəstəlik xəbərçisi deyil, elə xəstəliyin – problemin özüdür. Xroniki ağrı çəkən insan şiddətli ağrılardan gücünü və aktivliyini itirir. Bu hal çox vaxt xəstəni depressiyaya da sala bilər. Depressiya ağrı çəkən insanı daha həssas edir, ağrıya dözümlülüyü azaldır və ağrının şiddətlənməsinə səbəb olur. Xroniki ağrılar sadəcə ağrını çəkən insanı deyil, eyni zamanda xəstənin yaxınlarına da təsir edən bir haldır. Bu ağrıların nəticəsində xəstə maddi və mənəvi zərərlər görür. ABŞ-da aparılan bir araşdırmaya görə hər il xroniki ağrılarla bağlı 700 milyon iş günü itkisi və 60 milyon dollar zərər meydana gəlir. Bütün bu səbəblərdən dünyanın bir çox ölkəsində xroniki ağrıların aradan qaldırılması üçün Ağrı Müalicə Mərkəzləri faəliyyət göstərməyə başladı.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzi 2017-ci ildə t.e.n Alqoloq – ağrı həkimi Dr. Vüsal Eyvazov tərəfindən yaradılmışdır.
Ağrı Müalicə Mərkəzinə kimlər müraciət edə bilər?
Ağrı Müalicə Mərkəzinə müraciət edən xəstələr əsasən bu ağrılardan əziyyət çəkənlərdir.
- Xroniki baş ağrıları – Miqren ağrıları və s.
- Boyun ağrıları
- Bel ağrıları – disk yırtıqları səbəbi ilə yaranan ağrılar və s.
- Çiyin, qol ağrıları
- Üz ağrıları-nevraljiler - üçlü sinir (Tregiminal nevralji) ağrıları
- Damar tıxanmasına bağlı ağrılar
- Əzələ ağrıları
- Xərçəng xəstəliyi səbəbi ilə yaranan ağrılar
- Daban şporu ağrıları
- Oynaq yeyilmələri (Artroz), Avaskulyar nekroz səbəbi ilə yaranan ağrılar,
- Səbəbi bilinməyən ağrılar və s.
Ağrı Müalicə Mərkəzində prosedurlar necə həyata keçirilir ?
Həkimlik sənətinin yaranmasından bu günə qədər ağrıların aradan qaldırılması həkimlərin əsas məqsədlərindən biri olub. Müasir tibbdə ağrı kəsən dərmanların müalicədə xüsusi yeri var. Ancaq vacib olan odur ki, ağrı kəsici dərmanların idarəsiz və intizamlı bir formada istifadə olunmamasıdır. Aparılan araşdırmalara görə bir çox ağrının ağrı kəsicilərlə aradan qaldırıla bilər. Dərman müalicəsinin təsirli olmadığı hallarda isə ağrının qaynağına görə fiziki terapiya metodları, cərrahiyyə yolu ilə və ya birbaşa ağrının qaynağına müdaxilə ilə (Interventional pain management-girişimsel ağrı tedavisi) müxtəlif prosedurlar həyata keçirilir. Burada əsas məqsəd xəstəyə vaxt itirmədən uyğun olan müalicə metodunu təyin edib həyata keçirməkdir.
Ağrı Müalicə Mərkəzində ağrı müalicəsi üçün həyata keçirilən əsas metod müdaxilə edilərək ağrının idarə edilməsidir. Cərrahi müdaxilə olmadan qansız, kəsiksiz həyata keçirilən prosedurlar xəstəni heç bir əziyyətə salmadan asan və təsirli bir formada ağrının tez bir zamanda aradan qaldırmasını məqsədləyir. Bu metodların əsas olanlarından biri sinir blokadalarıdır. Bədəndə müxtəlif tipdə sinir lifləri mövcuddur. Bəzi sinirlər əzələlərin hərəkətinə cavabdehdirsə, bəziləri hissiyat, bəziləri isə ağrı ötürməsindən məsuldur. Ağrı həkiminin işi sinirlərlə bağlıdır. Məsələn, üzdə çox şiddətli, tok vurma tərzində ağrı şikayəti ilə özünü biruzə verən Trigeminal nevraljidə (üçlü sinir ağrısı) trigeminal sinirə tətbiq edilən blok ilə ağrının 3-8 il aradan qaldırılması mümkündür. Bundan başqa bel və boyun kreçlənməsinə bağlı yaranan ağrılarda kreçlənən oynaqların sirinlərinə tətbiq edilən blokla da ağrılar keçir. Cəmiyyətdə çox qarşılaşdığımız bel və boyunda disk yırtıqlarında da müxtəlif inyeksiyalar və onurğalar arasındakı diskə tətbiq edilən metodlar yırtığın və yaratığı ağrıların aradan qalıdırlmasına kömək edir. Ağrı Müalicə Mərkəzlərində , ağrı həkimləri – Alqoloqlar tərəfindən ağrılara edilən bu müdaxilə metodları təxmini 30-45 dəqiqə çəkir, yerli anesteziya altında tətbiq edilir. Bu səbəblə xəstələr ağrı , ya da başqa bir narahatlıq hiss etmirlər. İnfeksiyalardan qoyunmaq məqsədi ilə bütün prosedur steril əməliyyatxana şəratində həyata keçirilir.
Ağrı Müalicə Mərkəzində hansı müalicə metodları var ?
Ağrı Müalicə Mərkəzində həyata keçirilən prosedurlar ;
- Diaqnostik blok
- Lomber, torakal, servikal faset denervasiyası (RF)
- Epiduroskopiya
- GON bloku (RF)
- Qasser Qanqlion (RF)
- Sfenoplatin qanqlion bloku (RF)
- Stellat qanqlion bloku (RF)
- Çölyak və splanknik blok (RF)
- Lomber simpatik bloku (RF)
- İmpar qanqlion bloku
- Oynaqdaxili ozon inyeksiyası
- Oynaqdaxili kök hüceyrə inyeksiyası
- Tetik nöqtə inyeksiyaları
- Akupuktura ilə pəhrizsiz arıqlama
- Ozon hemoterapiya
- Paketli ozon terapiya
- L-disk (Disk yırtığının əməliyyatsız aradan qaldırılması)
- Botoks
- Epidural, Kaudal steroid inyeksiyası
- Lomber, servikal disk nukleoplasti və nükleotomi
- DRG (Dorsal Qanqlion Bloku) (RF)
- Supraskapular sinir bloku (RF)
- Sakroiliak blok (RF)
- Epidural port taxılması
- Spinalkord stimulyator yerləşdirilməsi
- Lomber və servikal Lazer diskektomiya
- Periferik sinir bloku (RF)
- Priformis əzələ inyeksiyasi
- Annuloplasti (IDET)
- Medikal müalicələr