Alqoloq, Ağrı Həkimi Vüsal Eyvazov
Həkim haqqında

Alqoloq, Ağrı Həkimi Vüsal Eyvazov

Tibb elmleri namizədi, alqoloq - ağrı həkimi, doktor Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2000-2005-ci ildə Rusiya Federesiyasının Sankt-Peterburq şəhərində Ordinatura və aspirantura təhsili alaraq ixtisaslaşmış və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildən isə Azərbaycana qayıtmış və Mərkəzi Neftçilər xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən etibarən isə Baku Medical Plazada Anesteziologiya şöbəsinin müdiri vəzifəsində çalışır. Tibb elimləri namizədi, doktor Vüsal Eyvazov Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakultəsində isə Alqoloji bilim dalında ixtisaslaşmış, Alqoloq - Ağrı həkimi ixtisasına yiyələnmişdir. Alqologiya ilə bağlı bir çox elmi konfranslarda, kurslarda olan Vüsal həkim 2017-ci ildə Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzini yaratmışdır.