Ağrılarınızı müalicə edirik

Alqoloq Vüsal Eyvazov

Ağrınız varsa, ağrı həkiminə müraciət edin

Ağrı Müalicə Mərkəzi

Ağrı Müalicə Mərkəzi Azərbaycanda ilk dəfə 2017-ci ildə Dr. Vüsal Eyvazovun rəhbərliyi ilə yaradılmışdır

Həkim haqqında

Alqoloq, Ağrı Həkimi Vüsal Eyvazov

Tibb elmleri namizədi, alqoloq - ağrı həkimi, doktor Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2000-2005-ci ildə Rusiya Federesiyasının Sankt-Peterburq şəhərində Ordinatura və aspirantura təhsili alaraq ixtisaslaşmış və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2005-ci ildən isə Azərbaycana qayıtmış və Mərkəzi Neftçilər xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərmişdir. 2011-2024-cü illərdə Baku Medical Plazada Anesteziologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda isə Uniklinikada Anesteziologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərir Tibb elimləri namizədi, doktor Vüsal Eyvazov Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakultəsində isə Alqoloji bilim dalında ixtisaslaşmış, Alqoloq - Ağrı həkimi ixtisasına yiyələnmişdir. Alqologiya ilə bağlı bir çox elmi konfranslarda, kurslarda olan Vüsal həkim 2017-ci ildə Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzini yaratmışdır
Daha çox
Xidmətlər

Ağrı Müalicə Mərkəzində aşağıdakı ağrı növləri müalicə olunur

Baş ağrıları və miqrenin müalicəsi

Baş ağrıları və miqrenin müalicəsi

Xroniki baş ağrıları, miqren, kəllə-beyin ağrılarının effektiv şəkildə

Daha çox
Üçlü sinir ağrıları

Üçlü sinir ağrıları

Trigeminal nevralgiya, üz-sinir nevralgiyası, gicgah və göz nahiyəsində olan ağrıların

Daha çox
Bel ağrılarının müalicəsi

Bel ağrılarının müalicəsi

Osteoxondroz, beldə yırtıq (disk yırtıqları), sinir sıxışması nəticəsində əmələ gələn bel ağrıların

Daha çox
Artroz, artrit, revmatizm, avaskulyar nekroz səbəbi ilə yaranan oynaq ağrıları

Artroz, artrit, revmatizm, avaskulyar nekroz səbəbi ilə yaranan oynaq ağrıları

Artroz (oynaq yeyilməsi), artrit, revmatizm, avaskulyar nekroz səbəbindən meydana gələn ağrıların aradan

Daha çox
Əzələ ağrıları

Əzələ ağrıları

Əl, qol, ayaq və bədənin digər əzələlərində idman və ya başqa səbəblərdən yaranan ağrıların aradan

Daha çox
Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru həyata keçirdik

Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru həyata keçirdik

Bel ağrılarının bir çox səbəblərindən biri də disk yırtıqlarıdır. Belə ki, onurğanın degenerativ xəstəlikləri arasında ən çox yayılan da elə məhz el arasında bel və boyun yırtığı kimi bilinən

Daha çox
Prosedurlar

Ağrı Müalicə Mərkəzində həyata keçirilən prosedurlar

Diaqnostik blok

Diaqnostik blok

Xəstənin ağrılarının qaynaqlandığı yeri müəyyən etmək üçün diqanostik blok həyata keçirilir. Əgər

Daha çox
Lomber, Torakal və Servikal faset denervasiyası

Lomber, Torakal və Servikal faset denervasiyası

Faset oynaqlar onurğanın hərəkətliliyini və elastikliyini təmin edən oynaqlardır. Bu oynaqlar

Daha çox
Epiduroskopiya ilə ağrı müalicəsi

Epiduroskopiya ilə ağrı müalicəsi

Bel, boyun, kürək ağrılarında istifadə edilən Epiduroskopiya təhlükəsiz, qeyri-cərrahi və effektiv

Daha çox
Sanakin proseduru nədir? Oynaq ağrıları üçün sanakin proseduru

Sanakin proseduru nədir? Oynaq ağrıları üçün sanakin proseduru

Azərbaycanda İlk dəfə Ağrı həkimi- Alqoloq Vüsal Eyvazov tərəfinən həyata keçirilən və dünya

Daha çox
Disk yırtıqlarının (qrijanın) L-disk proseduru ilə əməliyyatsız aradan qaldırılması

Disk yırtıqlarının (qrijanın) L-disk proseduru ilə əməliyyatsız aradan qaldırılması

Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru

Daha çox
Miqren ağrıları üçün GON bloku

Miqren ağrıları üçün GON bloku

GON (oksipital blok) bloku başın ağrı yayan sinirlərini anestezik preparatlar və Radiofrekans aləti

Daha çox
24/7 xidmətinizdəyik

Ağrılarınız barədə suallarınızı verə bilərsiniz

Fikirlər

Prosedur sonrası pasiyentlərin fikirləri

Diaqnostik faset bloku

Diaqnostik faset bloku

Qalıcı Pompalı Epidural kateter (Tunelli Epidural kateter)

Qalıcı Pompalı Epidural kateter (Tunelli Epidural kateter)

GƏNCƏDƏN Gələn Pasiyent

GƏNCƏDƏN Gələn Pasiyent

Çox verilən suallar

Çox verilən suallar
Bel yırtığına şərait yaradan riskli hərəkətlər nələrdir?

Yerdəki əşyaları dizləri əymədən qaldırmaq, dizləri əymədən ağır əşyaları itələmək və çəkmək, çiyin üstünə yük qaldırmaq və yuxarı doğru uzanmaq, əldə uzun məsafələrə ağır yük daşımaq bel yırtığına səbəb ola bilər.

Ozon terapiya olunmaq üçün hər hansı bir yaş həddi varmı?

Ozon terapiya olunmaq üçün hər hansı bir yaş həddi yoxdur

İdmançılarda yaranan qalıcı ağrıları müalicə edirsinizmi?

Bəli, idmançılarda yaranan və uzun müddət qalıcı olan ağrı növləri də müalicə olunur. İndiyə kimi bizə bir çox idmançı müxtəlif qalıcı ağrılarla müraciət etmişdir. Müalicə alan hər bir kəs nəticələrdən razı qalmışdır

Bel ağrısı əməliyyatında narkoz vurulacaqmı?

Bel ağrısı əməliyyatı zamanı narkoz vurulmur. Əməliyyat lokal anestezi altında həyata keçirilir. Əməliyyatdan bir, iki saat sonra xəstə evə buraxılır. Xəstə əməliyyat sonrası yeriyərək özü rahatlıqla evə gedə bilər.

Xərçəng ağrılarından neçə azad olmaq olar ?

Xərçəng xəstələri üçün sinir blokadaları həyata keçirilir. Blok ediləcək sinirlərə müxtəlif dərmanlar və Radyofrekans Termokoagülasyon yöntəmləri istifadə edilir. Yüksək frekanslı radio dalğaları verilərək ağrının yayılmasına mane olunur. Bu metod uğurlu olmazsa, uzun müddət qalıcı epidural kaketer taxılır və morfin pompası ilə xəstələr uzun müddət ağrılardan azad olur.

Epidural və transforminal inyeksiyalar kimlərə tətbiq edilə bilər

Epidural və transforminal inyeksiyalar ən çox fəqərəarası disk yırtığı olan xəstələrə tətbiq edilir. Burada məqsəd başlanğıc mərhələsində olan disk yırtığını , ya da artıq yırtıq olan disk bölgəsindəki şişi aradan qaldırmaq və disk çevrəsindəki yanğı hissini və sinir kökü təyziqini azaltmaqdır. Bu inyeksiyalar tətbiq edilən xəstələrin 90 faizində ağrılar tamamilə yox olur.

Kök hüceyrənin tətbiqi prosedurunda yaş məhdudiyyəti varmı?

Oynaq xəstəliklərinin (artroz, avaskulyar nekroz) müalicəsi üçün həyata keçirdiyimiz Kök hüceyrənin tətbiqi proseduru 18 yaşdan yuxarı hər kəs üzərində icra edilə bilər. Burada məsələ pasiyentin yaşında yox, oynaqlarda yaranmış artroz dərəcəsindədir. Çünki, 4-cü dərəcə artrozlarda müsbət nəticələr əldə etsək də, 2-3-cü dərəcəli artrozların kök hüceyrə yaradılması ilə aradan qaldırılma şansı daha yüksəkdir. Bu səbəbdən müayinələri gecikdirməməli, erkən mərhələlərdə kök hüceyrə üçün müraciət edilməlidir.

Kök hüceyrənin tətbiqi proseduru neçə saat davam edir və xəstəxanada nə qədər qalmaq lazım olur?

Bu prosedur ümumilikdə 90 dəqiqəyədək icra edilir. Daha sonra pasiyent protokollara uyğun olaraq bir neçə saatlıq palatada nəzarətə alınır və elə həmin gün də xüsusi göstərişlər, təlimatlar verilərək evə buraxılır

Kök hüceyrənin tətbiqi prosedurunun qiyməti neçəyədir?

Bir diz oynağı üçün 6000 AZN, bir bud-çanaq oynağı üçün isə 6500 AZN-dir. Hazırda endirim kampaniyası çərçivəsində hər əlavə oynaq üçün cəmi 1000 AZN ödəniş tələb olunur. Onu da qeyd edək ki, kök hüceyrə proseduru bir dəfə həyata keçirilir və nəticəsi ömürlükdür. Prosedurdan sonra xəstəxanada yatmağa ehtiyac yoxdur. Bu da sizi əlavə xərclərdən azad edir.

Mərkəzdə üz nahiyəsinə kosmetoloji məqsədlə kök hüceyrənin tətbiqi həyata keçirilirmi?

Əlbəttə, “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə kosmetoloji məqsədlə kök hüceyrə proseduru da icra edilir. Bu prosedur saç tökülməsinin, yaşlanmanın, dəridə qırışların, dəridə çapıqların qarşısını alır və digər süni kosmetik müdaxilələrdən fərqli olaraq müddətsiz və zərərsiz olur. Çünki, kök hüceyrələr pasiyentlərin piy toxumasından alınan əlavə kimyəvi qatqısız olan təbii canlı orqanizmlərdi

Tibbi sığorta ilə müalicə mümkündür?

Təəssüf ki, hazırda tibb siğorta ilə xidmət göstərilmir. Bununla bağlı hər hansı bir yenilik olduqda, sosial şəbəkə hesablarımızda məlumat paylaşacağıq.

L-disk prosedurunun mahiyyəti və tətbiqi necə anlaşılır?

Yalnız Eyvazov Ağrı və Kök Hüceyrə mərkəzində icra edilən “L-disk” proseduru “qrija” kimi tanınan beldə və boyunda olan fəqərəarası disk yırtıqlarının, protruziyaların əməliyyatsız birdəfəlik aradan qaldırılmasıdır. İstənilən ölçüdə disk yırtıqları əməliyyata göstərişi olsa belə, “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə aradan qaldırılması mümkündür. Prosedur əməliyyatxana şəraitində, yerli keyitmə ilə rentgen altında, perkutal formada həyata keçirilir. Fibrik uclu bir alətlə onurğadan bir başa disk yırtığının içərisinə düşülür, yırtığın çıxdığı nöqtəyə yönələrək onu plazmatik qurğu ilə buxara çevirir və çıxarırıq. Daha sonra yırtığın çıxdığı nöqtəni lazerlə yandıraraq partlamış diskin yırtılmış hissəsini qapayırıq və beləliklə tamamilə əməliyyatsız xəstəni bu problemdən xilas etmiş oluruq. Prosedurdan 3-5 dəqiqə sonra xəstə artıq özünü tam yaxşı hiss edir, xəstəxanada yatmağa ehtiyac olmadan həmin gün, özü heç bir əlavə dəstək olmadan evinə gedə bilir. Xüsusi olaraq onu da vurğulayaq ki, disk yırtıqları səbəbilə açıq əməliyyat olunan xəstələrdə bu yırtıqlar yenidən yarana bilirsə, L-disk prosedurundan sonra bu ehtimal sıfıra enir.

L-disk prosedurunun qiyməti neçəyədir və nəyə əsasən dəyişir?

L-disk prosedurunun (əməliyyatsız disk yırtıqlarının aradan qaldırılması) qiyməti bir fəqərəarası disk yırtığında 4500 AZN-dir. Əlavə hər disk yırtığına görə cəmi 1000 AZN ödəniş tələb olunur

L-disk prosedurundan sonra bel yırtıqları yenidən yarana bilərmi?

Disk yırtıqları səbəbilə açıq əməliyyat olunan xəstələrdə bu yırtıqlar yenidən yarana bilirsə, L-disk prosedurundan sonra bu ehtimal sıfıra enir. Belə ki, Fibrik uclu bir alətlə onurğadan bir başa disk yırtığının içərisinə düşülür, yırtığın çıxdığı nöqtəyə yönələrək onu plazmatik qurğu ilə buxara çevirir və çıxarırıq. Daha sonra yırtığın çıxdığı nöqtəni lazerlə yandıraraq partlamış diskin yırtılmış hissəsini qapayırıq və beləliklə tamamilə əməliyyatsız xəstəni bu problemdən xilas etmiş oluruq

Mərkəzin ünvanı harada yerləşir?

“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi” Bakı Medikal Plazanın Babək filialında yerləşir. Pasiyentlərin ilkin müayinəsi həftənin 3-cü və 5-ci günləri saat 10:00-17:00 aralığında həyata keçirilir. Prosedurlar isə həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək təşkil olunur. Ünvan: Xətai rayonu, Babək prospekti - 92N. Telefon: 077 311-88-66

Bizim qəbul günümüz gələn aydır lakin, ağrılar dözülməz olduğundan növbədən kənar müalicə üçün Mərkəzə gəlmək mümkündürmü?

“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”ndə bütün pasiyentlər əvvəlcədən razılaşdırılmış gün və saatlara uyğun qəbul edilir. Bu səbəbdən də növbədən kənar proseslərə qətiyyən yol verilmir. Müəyyən səbəblərə görə pasiyentlər təyin olunmuş gündə gələ bilmədiklərini bildirdikdə onlar üçün sonrakı tarixdə randevu yaradılır.

Bölgələrə nə vaxt səfər edəcəksiniz?

Bölgələrdə qəbul günləri tərəfimizdən mütəmadi həyata keçirilsə də, dəqiq tarix ilə bağlı yalnız sosial şəbəkə hesablarımızda paylaşımlar edilir. Bölgələr üzrə təsdiqlənmiş qəbul tarixləri haqqında məlumatı öyrənmək üçün üçün sosial şəbəkə hesablarımızı izləməyi tövsiyyə edirik.

Zəng edirik lakin, daima məşğul olur telefon, necə müraciət edə bilərik?

“Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi”nə olunan müraciətlərin çoxluğu baxımından edilən zənglərə cavablamalar gecikə bilər. Ancaq gələn bütün zənglərə əməkdaşlarımız tərəfindən geridönüş edilir .Əgər əlaqə yarada bilməmisinizsə, sizinlə mütləq əlaqə saxlanılacaq. Bizim üçün hər zəng çox önəmllidir.

GON blokundan sonra Miqren ağrılarının tam aradan qaldırılması mümkündürmü?

Adətən miqrenin ağrılarıının müalicəsinin olmadığı bildirilir. Lakin, Alqoloqgiyada miqren ağrılarının GON bloku ilə aradan tam qaldırılması çoxdan sübut edilib. Bu prosedur ilə, pasiyentlər ağrılardan tamamilə qurtulur. Müalicənin effektivlik göstəricisi 3 ilə qədər davam edir.

Qəbul günləri həftənin hansı günləri və hansı saatlarda olur?

Pasiyentlərin ilkin müayinəsi həftənin 3-cü və 5-ci günləri saat 10:00-17:00 aralığında həyata keçirilir. Prosedurlar isə həftənin I, II və IV günləri saat 10:00-dan 17:00-dək təşkil olunur. “Eyvazov Ağrı müalicəsi və Kök Hüceyrə Mərkəzi” Bakı Medikal Plazanın Babək filialında yerləşir. Ünvan: Xətai rayonu, Babək prospekti - 92N. Telefon: 077 311-88-66 Qəbula öncədən yazılmaq mütləqdir. Çünki, pasiyentlər əvvəlcədən təsdiq olunmuş növbəyə əsasən qəbul edilir.

Bir neçə ay öncə MRT elətdirmişik gələndə özümüzlə gətirə bilərik?

MRT müayinəsi son bir ilədək, Rentgen müayinəsi isə son 6 ayda həyata keçirilmiş olduqda yenisini əldə etməyə ehtiyac yoxdur. Müayinəyə gələrkən nəticələri gətirə bilərsiniz. Lakin, xəstənin şikayətləri və müayinə prosedurları zamanı diaqnozun dəqiqləşdirilməsi üçün təkrar MRT-yə ehtiyac duyula bilər.

Üz nahiyəsində “üçlü sinir” ağrılarının müalicəsi neçəyədir?

“Üçlü sinir” ağrılarının aradan qaldırılması üçün ilk olaraq diaqnostik test bloku edilir. Daha sonar isə prosedurun qalıcısı olaraq Qasser Qanqlion blokadası həyata keçirilir. Dianqostik test blokunun ödənişi 130 AZN, Qasser Qanqlion blokadasının ödənişi isə 3000AZN-dir.