
Prosedurlar
Triqeminal sinir bloku - Qasser qanqlion
Trigeminal (üçlü sinir) nevralji, adətən, üzün yarısında üçlü sinirin yayılma sahəsində bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən ani və şiddətli ağrılarla xarakterizə olunur. Qeyd edək ki, ağrı öz-özünə və ya danışıq, çiynəmə, toxunma , isti və ya soyuq maye qəbul edildikdə, üz hərəkətləri zamanı da başlaya bilər . Üzün əsasən yarısında yayılan , ani və şiddətli ağrılarla xarakterizə olunan trigeminal (üçlü sinir) nevraljidən əziyyət çəkən xəstələr üçün Ağrı Müalicə Mərkəzimizdə Radiofrekans Qasser qanqlion müalicə metodu tətbiq edilir. Belə ki, lazımı müayinələrdən sonra xəstədə trigeminal sinir qanqlionunun kəllə əsasından çıxdığı oval dəliyə Rentgen altında xüsusi iynə vurulur. Daha sonra bu iynə Radiofrekans alətinə qoşulur. İynənin doğru yerdə olduğu müəyyən edildikdən sonra ağrı yayan sinirə idarəli bir şəkildə elektrik enerjisi verilir və ağrılar aradan götürülür.