
Prosedurlar
Transforaminal epidural steroid inyeksiya
Transforaminal epidural steroid müalicəsi disk yırtıqları (bel-boyun yırtığı), disk sürüşməsi kimi vəziyyətlərdə ağrını nəzarət altına almaq üçün istifadə edilir.
Bu müəlicə metodu zamanı dərman xüsusi iynə vasitəsi ilə ağrı verən sinirə və sinir ətrafına inyeksiya edilir. Bu sinirin müalicəsini hədəfləyən metoddur.
Boyun, döş, bel, yuxarı və aşağı ətraflardakı ağrılardan, sinir tutmalarından əziyyət çəkən xəstələr qeyri-cərrahi müalicə növü olan bu metod vasitəsi ilə ağrılardan azad ola bilər.