
Prosedurlar
Stellat qanqlion bloku
Xroniki ağrıların yaranmasında bədən hərəkətlərimizi idarə edən Sempatik sinir sisteminin rolu böyükdür. Belə ki, bu sistem sinirlərdə meydana gələn zədələnmə nəticəsində ağrının ortaya çıxması və yayılmasını təmin edir. Baş və boyunla bağlı sempatik sinirlər Stellat qanqlion adı verilən qovşaqda bir-biriləri ilə çarpazlaşır və buradan yayılırlar. Ağrı Müalicə mərkəzimizdə Zona xəstəliyi sonrası ağrılar, Fantom ağrısı, Paget xəstəliyi, Xərçəng ağrıları, Mərkəzi sinir sistemindəki digər ağrılı lezyonlar, Çiyin-qol sindromu, baş ağrısı və müxtəlif ağrı sindromlarından əziyyət çəkən xəstələrə ağrını aradan götürmək üçün Radiofrekans aləti ilə Stellat qanqlion bloku həyata keçirilir. Bu prosedurda xəstə boğaz hissəsində yerləşən Stellat qanqlion siniri önə çıxacaq formada uzadılır və Rentgen şüaları altında prosedur həyata keçirilir. Qeyd edək ki, bu prosedurun təsiri aylarla, illərlə davam edir.