
Prosedurlar
Sfenopalatin qanqlion bloku
Sinir blokları baş ağrılarından əziyyət çəkən, ancaq dərman istifadə edə bilməyən, qaraciyər-böyrək çatışmazlığı olan, çoxlu dərman istifadəsi qadağan olunan xəstələr üçün effektiv və əhəmiyyətli müalicə üsullarıdır. Bu bloklardan biri də Sfenopalatine qanqlion blokadasıdır. Sfenopalatin qanqlionu trigeminal sinirlə sıx əlaqəli sinir hüceyrələrinin toplusudur . Baş və üz bölgəsində ağrı siqnalının daşınmasında mühüm rol oynayır. Sfenopalatin qanqlion blokadası xroniki baş ağrısı, migren , idiopatik üz ağrısı ,trigeminal nevralji kimi orofasial ağrı sindromlarının müalicəsində istifadə olunur. Qeyd edək ki, bu ağrılardan əziyyət çəkən xəstələr üçün Ağrı Müalicə mərkəzimizdə Radiofrekansla Sfenoplatin qanqlion bloku həyata keçirilir və prosedurdan sonra aylarla , illərlə bu ağrılardan əziyyət çəkən xəstələrin şikayətləri müsbət yöndə dəyişir.