Oynaqdaxili ozon inyeksiyası
Prosedurlar

Oynaqdaxili ozon inyeksiyası

Günümüzdə Ozon terapiya bir çox məqsədlə istifadə edilsə də , ağrı sahəsində çox vacib müalicə metodudur. Xüsusi ilə bel və boyun yırtıqlarında yırtığa səbəb olan diskin içərisinə ozon qazı verərək və ya yırtıq olan bölgəyə ozon tətbiq edərək xəstələrin bu ağrılardan əməliyyatsız azad olmasına kömək edirik. Qeyd edək ki, Ozon terapiya eyni zamanda diz krəclənməsi, yaşlılığa bağlı Artroz xəstəliyi zamanı yaranan ağrılar üçün də sınanmış və bir çox xəstənin üzünü güldürən müalicə metodudur. Belə ki, oynaq yeyilmələrində də faydalı olan ozon terapiyası Artrozun irəliləməsinin qarşısını almaq üçün çox faydalıdır. Qeyd edək ki, Ağrı Müalicə Mərkəzimizdə oynaq yeyilmələrinin - Artrozun irəliləməsinin qarşısını almaq üçün Ozon terapiyası həyata keçirilir. Artorzun - oynaq yeyilməsinin qarşısını almaqdan əlavə oynaqların bərpasını həyata keçirmək üçün isə Kök hüceyrə proseduru tətbiq edilir ki, bu da bir çox xəstəni suni oynaq əməliyyatından azad etmək deməkdir.