Oynaq yeyilmələri üçün kök hüceyrə müalicəsi
Prosedurlar

Oynaq yeyilmələri üçün kök hüceyrə müalicəsi

Kök hüceyrə nədir ?
Kök hüceyrə müalicəsi nədir?
Kök hüceyrə müalicəsi (proseduru) necə həyata keçirilir?

Kök hüceyrə nədir ?

İnsan bədənində yer alan oqran və toxumaları hüceyrələr formalaşdırır. Bəzi hüceyrələr özlərini yeniləyə bilir və fərqli hüceyrə formalarına keçə bilirlər. Kök hüceyrə olaraq tanınan bu hüceyrələr çoxalmayan əzələ və sinir hüceyrələrindən fərqli olaraq bölünür və çoxala bilirlər. Hər bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrənin yaranmasını həyata keçirən kök hüceyrələr eyni zamanda özünü yeniləmək üçün də bölünmək və çoxalmaq xüsusiyyətinə malikdirlər. Bir ömür boyu özünü yeniləmə xüsusiyyətinə sahib olan kök hüceyrə, vücudun ehtiyacına əsasən digər hüceyrələrə də çevrilə bilir. Beləliklə xəstə olan və ya zədələnən toxuma və orqanların yenilənməsində rolu böyükdür. Bədənin ehtiyacına əsasən digər hüceyrələrin inkişafına və çoxalmasına vasitə olan bu hüceyrələrin yaş irəlilədikcə miqdarı azalmağa başlayır. Yaşın artması ilə bağlı insan bədənində olan kök hüceyrənin azalması toxuma və orqanlarda zədələr əmələ gətirir. Məhz bu səbəblərdən müasir tibbdə kök hüceyrə bir çox xəstəliklərin müalicəsində önəmli yer tutmağa başlayıb.

Kök hüceyrə müalicəsi nədir?

İnsan vücudunda olan və yenilənə bilən kök hüceyrələr bir çox xəstəliyin müalicəsində istifadə edilir. Xəstənin özündən alınan kök hüceyrələr insan bədənində göbək ciyəsində, sümük iliyində və son araşdırmaların nəticəsi olaraq isə piy toxumasında mövcuddur. Kök hüceyrə müalicəsi xəstənin zədələnən hüceyrə, toxuma və orqanlarının yenilənməsi üçün tətbiq edilir. Gəncləşmədə, saç tökülməsində, oynaq problemlərində və s. istifadə edilən kök hüceyrə müalicəsi Ağrı Müalicə Mərkəzində əsasən oynaq yeyilmələri - Artroz, avaskulyar nekroz (oynaq başının çürüməsi)kimi xəstəliklər üçün həyata keçirilir.

Kök hüceyrə müalicəsi (proseduru) necə həyata keçirilir?

Keçməyən – xroniki hal almış oynaq ağrıların müalicəsində istifadə edilməyə başlanılan “Kök Hüceyrə Metodu” bədəndə olan xəstə hüceyrələrin sağlam hüceyrələrlə yer dəyişməsinə əsaslanır.

Ağrı Müalicə Mərkəzimizdə həyata keçirilən kök hüceyrə proseduru əməliyyatxana şəraitində keçsə də , əməliyyat hesab olunmur. Yerli keyitmə ilə həyata keçirilən prosedur tamamilə ağrısız, qansız, kəsiksizdir. Prosedurunun əməliyyatxana şəraitində keçməsinin səbəbi tamamilə sterilizə şəraitin vacibliyi ilə əlaqədardır. Ümumilikdə 1 saat 30 dəqiqə çəkən prosedurda xəstənin qarnından Liposaksiya yolu ilə qarın piyi əldə edilir və xüsusi filtrlərdən keçirilir. Hər bir xəstə üçün bir dəfə istifadə edilən bu filtirlərdən keçən piydən kök hüceyrələr ayrılır və tamamilə saflaşdırılmış kök hüceyrələr əldə edilir. Alınan kök hüceyrələr xəstənin oynaqlarına inyeksiya edilir. Prosedurdan sonra ilk ayda xəstənin oynaqlara bağlı olan ağrıları tamamilə aradan qalxır. 8-10 ay içində isə oynaqlarda olan qığırdaq yeyilməsi kök hüceyrələr vasitəsi ilə yenilənir və yeni qığırdaqlar əmələ gəlir. Bu qeyd olunan müddətdən sonra özünü MRT nəticələrində də biruzə verir. Bu üsulla xəstələr Endoprotez (süni oynaq əməliyyatından azad olurlar). Diz , bud-çanaq, çiyin- ümumiyyətlə oynaq artrozlarından əziyyət çəkən xəstələr üçün bu metod demək olar ki, həyat işığıdır.