
Prosedurlar
Miqren ağrıları üçün GON bloku
GON (oksipital blok) bloku başın ağrı yayan sinirlərini anestezik preparatlar və Radiofrekans aləti ilə bloklama üsuludur. Bu üsul vasitəsi ilə ağrıya səbəb olan sinir sistemindəki ağrı hissi blok edilir və nəticədə ağrılar sonlanır. GON bloku xəstə oturan formada , lokal anestezi altında başın arxa hissəsindən böyük oksipital sinir bölgəsinə tətbiq edilir. Ümumilikdə 45 dəqiqə çəkən bu prosedur, bir çox xəstədə ilk seansdan ağrıları götürsə də, bəzilərində 2-ci və 3-cü seanslara ehtiyac duyula bilər. GON bloku dərman istifadə etmək istəməyən, migren ağrılarından əziyyət çəkənlərə, Şiddətli baş ağrısı olub ancaq dərman istifadəsi çox icazə verilməyən xəstələrə; qaraciyər və ya böyrək çatışmazlığı olanlara, süd verən analara, hamilə qadınlara, həzm sisteminin pozğunluq səbəbi ilə ağrı kəsicilərdən istifadə edə bilməyən insanlara tətbiq edilə bilər.