
Prosedurlar
Lomber, Torakal və Servikal faset denervasiyası
Faset oynaqlar onurğanın hərəkətliliyini və elastikliyini təmin edən oynaqlardır. Bu oynaqlar işimizlə bağlı və ya yaşlılıq və travma nəticəsində normal qruluşunu itirə və xronik ağrılara səbəb ola bilər.
Qeyd edək ki, Lomber, Torakal və Servikal faset oynaqlarında problemli bölgənin ağrı yayan sinirləri müəyyən edilərək Radiofrekans enerjisinin köməyi ilə yandırıla bilər. Radiofrekans faset oynaq sindiromu deyilən, belin arxaya , sağa, sola əyilməsi və sağa , sola dönməsi ilə bel ağrısı olan, ağrısı adətən beldə, aşağıətraflarda artan , xüsusi ilə də gecə yataqda dönərkən artan bel ağrısı olan xəstələrə tətbiq edilir.