Prosedurlar
Lomber sempatik blok
Lomber (bel) sempatik sinirlər 1-ci və 5-ci bel onurğalarının hər iki tərəfindən çıxıb onurğaların ön yan hissələrindən aşağıya doğru uzanırlar. Bu sinirlər ayaqlara gedən ağrı hissini və qan axınını idarə edirlər. Herpes zoster, paget xəstəliyi, fantom ağrısı, nöropatik ağrı, həddindən artıq tərləmə xəstəliyi, raynaud kimi ağrı yayan xəstəliklərdə Lomber simpatik blok tətbiq edilə bilər. Bu prosedur lokal anesteziya altında Steroid inyeksiyası və Radiofrekans aləti ilə həyata keçirilir. Prosedurdan 15-20 dəqiqə sonra ağrı azalmaya başlayır və bir müddət sonra tamamilə keçir. Bu prosedurun təsiri aylarla davam edə bilər.