
Prosedurlar
Disk yırtıqlarının (qrijanın) L-disk proseduru ilə əməliyyatsız aradan qaldırılması
Azərbaycanda ilk dəfə disk yırtıqlarının əməliyyatsız aradan qaldırılması üçün L-disk proseduru həyata keçirdik
Azərbaycanda BİR İLK olan və bel ağrılarının əməliyyatsız, dərmansız, qansız, kəsiksiz müalicəsi kimi özünü təsdiqləmiş L-disk prosedurunu çox uğurla həyata keçirdik. El arasında qrija kimi bilinən disk yırtıqları artıq əməliyyata ehtiyac olmadan bu prosedurla birdəfəlik aradan qaldırılır. Belə ki, beldə, boyunda olan disk yırtıqlarının, protruziyaların bu prosedurla bir dəfəlik aradan qaldırılması mümkündür. Artıq disk yırtıqları üçün əməliyyata getməyə ehtiyac yoxdur. İstənilən ölçüdə disk yırtıqları əməliyyata göstərişi olsa belə, Yalnız Ağrı Müalicə Mərkəzində həyata keçirilən L-disk proseduru ilə aradan qaldırılır. Prosedur əməliyyatxana şəraitində, yerli keyitmə ilə rentgen altında, perkutal formada həyata keçirilir.
Fibrik uclu bir alətlə onurğadan bir başa disk yırtığının içərisinə düşülür, yırtığın çıxdığı nöqtəyə yönələrək onu plazmatik qurğu ilə buxara çevirir və çıxarırıq. Daha sonra yırtığın çıxdığı nöqtəni lazerlə yandıraraq partlamış diskin yırtılmış hissəsini qapayırıq və beləliklə tamamilə əməliyyatsız xəstəni bu problemdən xilas etmiş oluruq. Prosedurdan 3-5 dəqiqə sonra xəstə artıq özünü tam yaxşı hiss edir, xəstəxanada yatmağa ehtiyac olmadan həmin gün, özü heç bir əlavə dəstək olmadan evinə gedə bilir. Xüsusi olaraq onu da vurğulayaq ki, disk yırtıqları səbəbilə açıq əməliyyat olunan xəstələrdə bu yırtıqlar yenidən yarana bilirsə, L-disk prosedurundan sonra bu ehtimal sıfıra enir.
Disk yırtıqlarının (qrijanın) aradan qaldırılması üçün həyata keçirilən L-disk prosedurunun qiyməti beldə və boyunda olan fəqərəarası Disk Yırtıqlarının sayına görə təyin edilir. L-disk prosedurunun qiyməti haqqında ətraflı məlumat əldə etmək üçün 077 311 88 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.