
Prosedurlar
Torbalama Ozonoterapiya
Torbalama Ozonoterapiya müxtəlif səbəblərdən (şəkərli diabet, yoluxma, qan damar sisteminin pozulması ) xəstələrin ayaqlarında , qollarında və ya vücudun hər hansı bir hissəsində çıxan, sağalması çətin olan , xronikiləşmiş yaraların müalicəsində istifadə edilir. Belə ki, vücudun yara olan hissəsi nəmləndirilərək xüsusi torpaya salınır və hava ilə təması kəsilir. Həmin torpaya qoşulan ozon aparatı torpanı Ozon qazı ilə doldurur. Ozon yara bölgəsində qan axımını həyata keçirən kapilyar damarları genişləndirərək həmin bölgəyə gələn qan və oksigeni artırır. Eyni zamanda yaraların yaranma səbəbi olan bakteriyaları öldürərək müalicə edir.
Bir neçə seans həyata keçirilən Torbalama Ozonoterapiya proseduru xronikiləşmiş yaralardan başqa dəri alergiyyaları , ekzema, əməliyyat sonrası çətin sağalan yaraların da müalicəsində istifadə edilir.