Radiofrekansla Çölyak və splanknik bloku
Prosedurlar

Radiofrekansla Çölyak və splanknik bloku

Ağrı Müalicə mərkəzimizdə şiddətli ağrıların aradan götürülməsi üçün tətbiq edilən prosdurlardan biri də Radiofrekansla Çölyak və splanknik blokdur. Çölyak pleksusu, qarın bölgəsində, onurğa sütununun ön yan tərəfində yerləşən üç sinir qovşağından ibarət olan sinir toplusudur. Daha çox onkoloji müalicələrə cavab verməyən və dərman müalicəsinin yetərsiz qalması və ya əks təsirləri səbəbi ilə qarşısı alınmayan ağrıları Çölyak və splanknik sinir blokadası ilə aradan götürmək mümkündür. Prosedur əməliyyatxana şəraitində, lokal anestezi altında həyata keçirilir. Belə ki, xəstə üzü üstə yatırılır və xüsusu iki iynə ilə onurğanın hər iki tərəfindən bel bölgəsinə keçid edilir. İynələr ilə bu bölgəyə dərman inyeksiya edilir və sonra radiofrekans aləti ilə ağrı yayan sinirlər yandırılır. Prosedur 30 dəqiqə çəkir və heç bir narahatlıq yaratmır.