
Prosedurlar
Akupuktura ilə pəhrizsiz arıqlama
Xroniki ağrıların, o cümlədən Artroz- Oynaq yeyilmələrinin əsas səbəblərindən biri də artıq çəki problemidir. Xəstələrimizə hər zaman artıq çəkidən azad olmalarını məsləhət görsək də, bu bir çox hallarda mümkün olmur. Bu səbəbdən Ağrı müalicə mərkəzimizdə artıq çəkidən əziyyət çəkən xəstələrimizə dünyada da geniş istifadə olunan Akupunktura iynələri tətbiq edilir.
Qeyd edək ki, çəki itirmək üçün ən vacib Akupunktura nöqtəsi qulaq nahiyəsindədir. Qulaqda insan vücudundakı bütün orqanları xəbərdar edən nöqtələr vardır. Bundan əlavə qulaqla beyin arasındakı məsafə də qısa olduğundan qulaqdakı Akupunktur nöqtələr daha çox effektivdir.
Tətbiq edilən bu iynələr vasitəsi ilə metobolizma sürətlənir, yemə hissi azalır, beyindəki aclıq mərkəzi təsir altına alınır və stres aradan qaldırılır. .